Türkiyə 1-ci Liqasında 34-cü tura start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" doğma meydanda "Dənizlispor"la qarşılaşıb.
Qarşılaşma "timsahlar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə millimizin üzvü vurub. Namik 55-ci dəqiqədə isə penaltini qola çevirə bilməyib. Meydana start "11-lik"də çıxan 27 yaşlı oyunçu 64-cü dəqiqədə əvəzlənib.
Emin