Namik "Bursaspor"un qələbəsində pay sahibi oldu - VİDEO

Namik "Bursaspor"un qələbəsində pay sahibi oldu - VİDEO

Türkiyə çempionatının 1-ci liqasında V turun oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" növbəti matçına çıxıb.

"Samsunspor"u qonaq edən "ağ-yaşıllar" çempionatdakı uğursuz gedişata darmadağınla son qoyub - 4:1.

Namik oyuna 61-ci dəqiqədə əvəzetmədən qoşulmasına baxmayaraq, böyükhesablı qələbədə yaxından iştirak edib. Komandası hesabda 2:1 öndə olarkən, ancaq qırmızı vərəqəyə görə meydanda 10 nəfərlə qalarkən meydana daxil olan futbolçumuz son 2 qolda ötürmə müəllifi olub.  Beləliklə, çövsümdə ilk qələbəsini qazanan "Bursaspor" xallarını 4-ə çatdıraraq, autsayder mövqeyindən bir qədər uzaqlaşıb. Fatih Tekkenin komandası hazırda 12-ci sırada qərarlaşıb.  

Oyunun videoicmalını təqdim edirik:   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər