Naci Şensoyun yeni klubu açıqlandı - Namiklə Vüsala rəqib olacaq

Naci Şensoyun yeni klubu açıqlandı - Namiklə Vüsala rəqib olacaq

Türkiyənin I Liqa təmsilçisi "Manisaspor" baş məşqçi postunda dəyişiklik edib.

Fanat.Az xəbər verir ki, mövsümə 3 qalibiyyətlə start verən, ancaq son 5 qarşılaşmada yenilgiləri sıralayan klub Sərkan Özbalta ilə yolları ayırıb.

Onun yerinə təyin olunacaq baş məşqçi isə Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. Söhbət müxtəlif illərdə (2002-2003, 2004-2005, 2012) "Turan"ı çalışdırmış Naci Şensoydan gedir.

Təcrübəli mütəxəssis özü də sosial şəbəkədəki hesabından xəbəri təsdiqləyib. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər