Vaxtilə ölkəmizdə çalışmış Naci Şensoy ötən gün Türkiyə I Liqasının 9-cu turu çərçivəsində "Manisa"da debüt matçına çıxıb.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssisin debütü uğursuz alınıb.
Komandası "Adanaspor"a 0:3 hesabı ilə uduzub. Klub rəhbərliyi qeyri-adi addım ataraq, Şensoyu istefaya göndərib.
Baş məşqçi ilə yanaşı, idman direktoru Serkan İşyapan, seleksiyaçı məşqçilər Abdulkadir Kükrer və Ufuk Dündar ilə də yollar ayrılıb. Bundan başqa, futbolçulardan Kubilay Aktaş, Anıl Koç, Andre Sousa, Sadi Karaduman ve Kemal Rüzgar qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılıb. Mirağa