Peter Şmeyxel sabiq klubu "Mançester Yunayted”dən yeni çağırış alıb. Fanat.Az "The Telegraph”a istiadən xəbər verir ki, veteran qapıçıya idman direktoru vəzifəsi təklif olunub. Danimarkalı bununla bağlı Britaniya mətbuatına açıqlamasında deyib: "Mən bu işdə kluba kömək edə bilərəmmi, bu suala cavab tapmaq üçün fikirləşməliyəm. Yeni il tətilində bir müddət istirahət edəcəm və son qərarımı verəcəm”. Şmeyxel 1991-1999-cu illər aralığında "qırmızı şeytanlar”ın əsas "çərçivə” qoruyucusu olub.
Fanat.Az