"Mançester Yunayted” rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerə yeni müqavilə təklif edəcək.
Fanat.Az ""The Telegraph”a istinadən xəbər verir ki, İngiltərə klubu mütəxəssisin 2022-ci ilin yayına qədər olan anlaşmasının müddətini daha üç il artırmaq niyyətindədir.
MY-nin idarəçiləri yay transferləri üçün böyük maliyyə də ayıracaq.
"Mançester Yunayted” İngiltərə Premyer Liqasında mövsümü 2-ci sırada bitirib. "Qırmızı şeytanlar” Avropa Liqasının finalında "Vilyarreal"a uduzub.
Atilla