Xorvatiya yığmasının 29 yaşlı üzvü İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, İtaliya "İnter”inin vingeriylə "Mançester Yunayted” maraqlanır.
"Manikunianlar” bu transfer qarşılığında "İnter”ə 31 milyon funt sterlinq ödəmək niyyətindədi. "Qırmızı şeytanlar” qarşı tərəfə Antoni Marsialı da verməyə razıdı.
Perişiç bu mövsüm qara-göy futbolkada çıxdığı 16 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az