MY-nin kapitanı sosial şəbəkədə arzuolunmaz duruma düşdü

MY-nin kapitanı sosial şəbəkədə arzuolunmaz duruma düşdü

"Mançester Yunayted"in müdafiəçisi və kapitanı Harri Maguayr sosial şəbəkədə arzuolunmaz vəziyyətə düşüb.

Fanat.Az xəbər verir ki, Maquayr Ronaldunun MY-dən getmək istməməsinin səbəbləri barədə yazılan postu bəyənib.

Sonradan səhvə yol verdiyini görən ingilis futbolçu "layk"ını silib. Lakin futbol ictimaiyyəti "qırmızı şeytanlar"ın kapitanının bu hərəkətini hələ də müzakirə edir.

Xatırladaq ki, daha öncə Avropa mətbuatında Mançester təmsilçisinin son iki məşqinə qatılmayan Ronaldunun özünə yeni iş yeri axtardığı barədə xəbərlər yayılıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər