MY-nin forvardı sıradan çıxdı: 2 ay oynamayacaq

MY-nin forvardı sıradan çıxdı: 2 ay oynamayacaq

"Mançester Yunayted” İngiltərə Premyer Liqasının 29-cu turunda "Sauthempton”u 3:2 hesabıyla yensə də, baş məşqçi Ole-Qunnar Sulşer zəfərə ürəkdən sevinə bilməyib.

 

 

Fanat.Az "The Telegraph”a (Teleqraf) istinadən xəbər verir ki, matçın 52-ci dəqiqəsində əvəzlənməsini istəyən Aleksis Sançesin zədəsi ciddi çıxıb. Oyunun ardından tibbi baxışdan keçən çilili forvardın diz bağlarında problem aşkarlanıb. O, 6-8 həftə komandasına kömək edə bilməyəcək.

Sançes bu mövsüm MY-nin formasıyla çıxdığı 23 görüşdə 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər