Martın 1-də İngiltərə Kubokunun 1/8 final matçında "Vest Hem"lə qarşılaşan "Mançester Yunayted" 3:1 hesablı qələbə qazandı.
Fanat.Az xəbər verir ki, bu, Erik ten Haqın çalışdırıdığı "qırmızı şeytanlar"ın cari mövsüm bütün turnirlərdə 30-cu zəfəri olub.
30 qələbə ümumilikdə 41 matçda qazanılıb ki, bu da Aleks Ferqyuson dönəmindən bəri MY-nin imza atdığı ən yaxşı nəticədir.
Yalnız 2006/2007 və 2012/2013 mövsümlərində Mançester təmsilçisi 30 qələbə həddinə daha tez, 40 görüşdə çata bilib. Həmin mövsümlərdə MY-nin baş məşqçisi əfsanəvi Ferqyuson olub və komanda hər iki mövsümü İngiltərə çempionu kimi başa vurub.
Nihat