MY də ərəb şeyxlərinin əlinə keçir - İnanılmaz təklif

MY də ərəb şeyxlərinin əlinə keçir - İnanılmaz təklif

Qətər investorları "Mançester Yunayted"i almaq üçün meqa-təklif hazırlayırlar. 

Fanat.Az xəbər verir ki, Britaniyanın "Daily Mail" nəşri bu iddia ilə çıxış edib. 

İddiaya görə, MY-ni mükəmməl futbol layihəsi kimi gördükləri üçün almaq istəyən bir neçə Qətərli iş adamı əməkdaşlığa başlayıblar.

Təklif yaxın bir neçə gündə, fevralın ortalarına qədər təqdim ediləcək. Qətərlilər əmindirlər ki, Qleyzerlər ailəsi onların təklifini qəbul edəcək. 

Hələ təklifin məbləğinin nə qədər olduğu açıqlanmasa da, iddiaya görə, söhbət təxminən 4 milyard avrodan gedir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər