MY bunu 5 il sonra bacardı

MY bunu 5 il sonra bacardı

Ötən axşam İngiltərə Premyer Liqasının 19-cu turunda "Bornmut"u (3:0) məğlub edən "Mançester Yunayted" qələbələri sıralayır. 

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bütün turnirlərdə ardıcıl altıncı qələbəsini qazanan Erik ten Haqın komandası son 5 ilin ən böyük uğuruna imza atıb. 

Mankunianlılar sonuncu dəfə 2017-ci ildə Joze Mourinyonun rəhbərliyi altında oxşar seriyanı reallaşdırmışdılar. 

"Bornmut"a qollardan birini Markus Raşford vurub. O, ardıcıl dördüncü matçda rəqiblərin qapısına zərbə endirib. Bu isə onun karyerasında ilk olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər