MY axtardığını Niderlandda tapdı

MY axtardığını Niderlandda tapdı

Niderlandın PSV klubunun sabiq futbolçusu Ənvər Əl-Qazi İngiltərəyə yollana bilər. 

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hazırda azad agent statusunda olan yarımmüdafiəçi ilə “Mançester Yunayted” yaxından maraqlıdır. 

Mənbənin əldə etdiyi məlumata görə, Antoni və Sanço ilə problemə görə yeni oyunçu almağı düşünən mankunianlar boşluğu 28 yaşlı futbolçu ilə doldurmaq niyyətindədir. 

Əl-Qazi ilə "qırmızı şeytanlar"la yanaşı, Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri də maraqlanır.

Yarımmüdafiəçi ötən mövsüm Eyndhoven komandasının heyətində Niderland çempionatında 23 oyun keçirib və 8 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər