Mövsümün ilk qran-prisinin qalibi müəyyənləşdi

Mövsümün ilk qran-prisinin qalibi müəyyənləşdi

Formula 1 üzrə dünya çempionatında mövsümün ilk qran-prisinin qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Bəhreyndə təşkil olunan yarışın birinci mərhələsində “Red Bull”un pilotu Maks Ferstappen hamını qabaqlayıb.

Niderlandlı üçqat dünya çempionu finişə birinci çatıb. Onun komanda yoldaşı Serxio Peres ikinci yeri tutub. İlk “üçlüy”ü “Ferrari”dən Karlos Sayns qapayıb.

Növbəti yarış 7-9 martda Səudiyyə Ərəbistanında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər