Türkiyə Super Liqasının XXIII turu "Qalatasaray" üçün uğursuz olub. Fanat.az xəbər verir ki, "Qaziantepspor"un qonağı olan "sarı-qırmızılar" meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.
Məğlubiyyətin ardınca İstanbul təmsilçisinin baş məşqçisi Mustafa Dənizli istefa verəcəyini bildirib. O, bunu Super Liqanın yayım hüququna sahib olan "LİG TV" kanalına açıqlamasında söyləyib. Təcrübəli məşqçi istefa ilə bağlı klub rezidenti Dursun Özbəklə danışacağını qeyd edib: "Hər kəs üçün yararlı qərar verdim. Bu gün başqanla görüşüb qərarımı bildirəcəm".
Qeyd edək ki, 23 turdan sonra "Qalatasaray" 37 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.az