Mustafa Dənizli 18 ildən sonra Superliqaya daşıdı

Mustafa Dənizli 18 ildən sonra Superliqaya daşıdı
Türkiyə Superliqasına vəsiqə qazanan sonuncu klubun adına aydınlıq gəlib. 
Fanat.Az xəbər verir ki, son vəsiqə "Altay” sahib çıxıb.
 
Sözügedən komanda pley-offun finalında "Altınordu”ya 1:0 hesabıyla qalib gəlib. Atatürk Olimpiya Stadionunda baş tutan İzmir derbisində yeganə qolu 89-cu dəqiqədə Marko Payşao vurub.
 
Beləliklə, Mustafa Dənizlinin çalışdırdığı "Altay” 18 illik fasilədən sonra Super Liqada iştirak hüququ qazanıb. Daha öncə TFF 1-ci liqada çempion olan "Adana Dəmirspor” və ikinci pilləni tutan "Girəsunspor” elitaya yüksəlmişdi.
 
Xatırladaq ki, 2020/21 mövsümünün yekununa əsasən, Superliqanı "Ərzurumspor”, "Ankaragücü”, "Gənclərbirliyi” və "Dənizlispor” tərk edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər