Musanın keçidi tamamlandı - Bu tarixdə ictimaiyyətə təqdim olunacaq

Musanın keçidi tamamlandı - Bu tarixdə ictimaiyyətə təqdim olunacaq

"Qarabağ"dan ayrılaraq İsveçə yollanan Musa Qurbanlının "Yurqorden"ə keçidi tamamlanıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı yerli "Sportbladets" qəzeti yayıb. 

Mənbənin məlumatına görə, ötən həftəsonu "Varberq"lə (2:0) oyunu izləmək üçün İsveçə yollanan Musa "Tele2" arenasından yeni komandası ilə bağlı xoş ttəssüratla ayrılıb. Bundan sonra o, nümayəndəsini Stokholma yollayıb və beləliklə "Yurqorden"lə danışıqlar intensivləşib. Nəhayət, keçidlə bağlı detallar ötən axşam tamamlanıb.

Qəzetin yazdığına görə, Musa Qurbanlının transferi ictimaiyyətə bu gün, uzağı cümə axşamı elan olunacaq. Gənc forvardın hətta iyulun 8-də "Varnamo" ilə səfərdə baş tutacaq çempionat matçında oynaya biləcəyi də bildirilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər