Musa Qurbanlıya işçi vizası verildi - Liderlə oyunda debüt edəcək

Musa Qurbanlıya işçi vizası verildi - Liderlə oyunda debüt edəcək

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının İsveçdə üzləşdiyi problem aradan qaldırılıb. 

Fanat.Az xəbər verir ki, yeni klubu “Yurqorden” onun üçün işçi vizası alıb.

Stokholm təmsilçisinin idman meneceri Bosse Anderson "Football Channel"-ə açıqlamasında məlumatı təsdiqləyib. Bununla da futbolçunun oynaması üçün yaranan hüquqi maneə tamamilə aradan qalxıb. Klub funksioneri Musanın bu həftənin şənbə günü lider “Elfsborq”a qarşı keçiriləcək oyunda iştirak edə biləcəyini vurğulayıb.

Xatırladaq ki, Musa Qurbanlının adı ötən həftə "Malmö" ilə çempionat matçına sifariş olunsa da, onun işçi vizası olmadığından görüşdə iştirak edə bilməmişdi. Bu ay "Qarabağ"dan ayrılan 21 yaşlı forvard "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər