Musa Qurbanlı 38-ci pokerin müəllifi oldu

Musa Qurbanlı 38-ci pokerin müəllifi oldu

Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın VII turuna təsadüf edib.

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı "Zirə"ni 7:1 hesabı ilə məğlub etdikləri görüşdə 4 qola imza atıb.

Bu, həm də son 8 mövsümün ilk pokeridir. Bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub.

AZAL-ın futbolçusu 2014/15 mövsümündə fərqlənib. O, 2676 gün öncə - 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada (5:0) 4 qolla yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər