Murad Musayev Bolqarıstanı seçdi

Murad Musayev Bolqarıstanı seçdi

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi hazırlığa iyunun 27-də Bakıda başlayacaq. 

Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

İyulun 17-də isə Murad Musayevin komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

"Sabah"ın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər hələlik müəyyənləşməyib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər