Münəccimin proqnozu: Günün maraqlı oyunlarından nə gözləyək?

Münəccimin proqnozu: Günün maraqlı oyunlarından nə gözləyək?

Top çemionatlarda növbəti turun oyunlarına start verilib.

"Münəccim" İspaniya La Liqasından "Atletiko Madrid" - "Barselona" və İPL-dən "Mançester Yunayted" - "Everton" qarşılaşmalarına proqnoz verib. 

"Atletiko Madrid" - "Barselona"

"Atletiko Madrid"

İspaniya çempionu mövsümə həmişəki kimi inamla başlayıb və 7-ci tura qədər məğlub olmayıb. Cari çempionatın yeddi turundan sonra Madrid təmsilçisi 14 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. 

Sonuncu - 8-ci turda "Deportivo"ya məğlub olan Dieqo Simeonenin (Diego Simeone) yetirmələri ÇL-də səfərdən 3 xalla qayıdıb.

Komandanın İspaniyalı müdafiəçisi Kieran Tripye (Kieran Trippier) zədə səbəbi ilə görüşü buraxmalı olacaq.

"Barselona"

Son iki ildə "Barselona" çempionluq uğrunda mübarizədə uduzub, digər yarışlarda da (ölkə kuboku və ÇL) kubok qazana bilmir. Klubun daxilində olan problerdən bütün futbol azarkeşləri xəbərdardır. Maliyyə böhranı yaşayan "Barselona"da məşqçi və rəhbərlik arasında da münasibətlər soyuqdur. 

ÇL-in qrup mərhələsində komanda nəinki xal toplamayıb, heç qol belə vura bilməyib.

"Barselona" La Liqada hələ ki, məğlub olmayıb və 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bugünkü görüşdə Serxio Aguero (Sergio Agüero), Breytueyt (Braithwait), Jordi Alba və Dembele meydanda olmayacaqlar.

Komandalar arasında keçirilən son 5 oyun :

Barselona - Atletiko 0:0 Atletiko - Barselona 1:0 Barselona - Atletiko  2:2 Barselona - Atletiko  2:3 Atletiko - Barselona 0:1

Proqnoz

Bu oyunda hər iki komandanın şansları bərabərdir və böyük ehtimalla bizi hücum futbolu gözləyir. Hər iki klubun heyətində yüksək qol duyumu olan futbolçular var. Bununla yanaşı komandaların müdafiə xətti elə də ürəkaçan deyil.

Tərəflər arasında keçirilən son 5 oyun zamanı "Barselona"nın heyəti tamam başqa idi. "Atletiko"da da müəyyən dəyişikliklər olub. 

Münəccim hesab edir ki, qol baxımından darıxdırıcı oyun olmayacaq. Oyunda 2-dən artıq qol olacağı (2,5 ÜST) proqnozuna xarici kontorlarda 2,10 əmsalına rast gəlmək olar. İlk proqnozumuz da məhz bu olacaq.

İkinci proqnoz isə, hər iki komandanın qol vuracağıdır (QQ) . Əmsal - 1,88.

"Mançester Yunayted" - "Everton"

"Mançester Yunayted"

ÇL-in ilk turunda "Yanq Boyz"a məğlub olan "qırmızı şeytanlar" komandanın turnirin növbəti mərhələsinə keçidi şübhə altına ata bilməzdilər. II turda öz evində "Vilyarreal"ı məğlun edən komanda olduqca yaxşı əhval-ruhiyyədədir

Cari mövsüm İPL-də 6 turundan sonra "Mançester Yunayted" 13 xalla 4-cü pillədə qərarlaşıb.

Harri Maquayr (HarryMaguire), Lyuk Şou (Luke Shaw), Markus Reşford (Markus Rashford), Diallo bu gün meydanda olmayacaq.

"Everton"

"Everton" İngiltərə  Liqa Kubokunda QPR-lə görüşdə penaltilər seriyasından sonra yarışı tərk etdi. 

İPL-in son turunda "skauzerlər" "Norviç Siti"ni məğlub edərək növbəti 3 xalı qazanıb. Hazırda MY ilə eyni xala (13) malik olan "Everton" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Komandanın əsas qol silahları Kalvert-Lyuin (Dominic Calvert-Lewin) və Rişarlison (Richarlison) oyunu buraxmalı olacaq.

Komandalar arasında keçirilən son 5 oyun

MY - Everton 4:0 MY - Everton 3:3 Everton - MY 0:2 Everton - MY 1:3 Everton - MY 1:1 

Proqnoz 

Münəccimin fikrincə, heyət və motivasiya baxımından "qırmızı şeytanlar" qonaqlardan üstündür. Komanda son matçlarda əla çıxış edib və çətin ki, "arzuların teatrı"nda doğma azarkeşlər qarşısında "Everton"a məğlub olsun. Yaddan çıxarmayaq ki, hər iki klubun eyni xalı var; odur ki, Liverpul təmsilçisinə məğlubiyyət onları turnir cədvəlində önə buraxmaq deməkdir.

Hesab edirik ki, bu gün komandalar 90 dəqiqə hücum futbolu ilə tamaşaçıları sevindirəcəklər.

Münəccim hər iki hissədə qol olacağını proqnozlaşdırır. Xarici bukmeker kontorları bu variantı 1,78 əmsalla qiymətləndirir.

MY - "Everton" Bakı vaxtı ilə saat 15:30-da, "Atletiko Madrid" - "Barsa" oyunu isə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər