"Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra eks komanda yoldaşı Nemanya Vidiçlə mübahisəsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mirror" fransalı veteranın söylədiklərini belə çatdırıb:
"Bir dəfə Vidiçlə mübahisə etdik. Bu mübahisədən sonra üç ay onunla danışmadıq. Bir yerdə oynasaq da, kəlmə də kəsmirdik. Hətta baş məşqçimiz Aleks Ferqyuson digər mərkəz müdafiəçisi Rio Ferdinandla Nemanyanın yerini dəyişdi ki, ikimiz yanaşı olmayaq. Xoşbəxtlikdən qələbə qazandığımız oyunlardan birindən sonra Vidiç paltardəyişmə otağında əlini mənə uzatdı. Barışdığımız üçün bütün komanda sevinirdi. Biz onünla çox yaxın dost olmuşuq. Hərdən nəyinsə üstündə mübahisə etsək belə, həmişə bir-birimizə dəyər vermişik. Başqa cür ola da bilməzdi. Çünki Vida əla oğlandır".
Nihat