Muarem Muarem Rauf Əliyevə rəqib oldu

Muarem Muarem Rauf Əliyevə rəqib oldu
Bildiyiniz kimi, "Qarabağ"ın sabiq fuutbolçusu Muarem Muarem Qazaxıstanın "Aktobe" klubundan ayrılıb. 
 
Fanat.Az xəbər verir ki, makedoniyalı futbolçu karyerasını Albaniyada davam etdirəcək. 
 
29 yaşlı hücumameyilli yarımmüdafiəçi bu ölkənin "Flamutari" klubu ilə anlaşıb. Muarem Vlore təmsilçisi ilə mövsümün sonuna qədər sözləşmə izmalayıb. 
 
Qeyd edək ki, Makedoniya millisinin sabiq üzvü 2012-2015-ci illərdə və 2016/17 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.
Onu da qeyd edək ki, Albaniyanın "Kukesi" klubunda Rauf Əliyev çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər