MS-nin ulduzundan unikal göstərici - Bir ildir ki...

MS-nin ulduzundan unikal göstərici - Bir ildir ki...

"Mançester Siti" Premyer Liqanın 23-cü turu çərçivəsində səfərdə "Brentford"a qalib gəlib (3:1).

Fanat.Az xəbər verir ki, start heyətində yer alaraq 90 dəqiqə meydanda olan "şəhərlilər"in yarımmüdafiəçisi Rodri qeyri-adi göstərici ilə yadda qalıb.

"Opta Sports"-un hesablamasına görə, “Mançester Siti” bir ildir Rodrinin iştirak etdiyi matçlarda uduzmur. Son məğlubiyyət 2023-cü il fevralın 5-də “Tottenhem”lə matçda (0:1) olub.

Beləliklə, Rodri MS ilə bütöv bir təqvim ilini məğlubiyyətsiz keçirib.

Bu müddət ərzində Rodri klubu ilə 42 qələbə qazanıb və 10 heç-heçə ilə beş kubok qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər