Mourinyuya etimad limiti tükəndi - Onu əvəzləyəcək məşqçi də bilindi

Mourinyuya etimad limiti tükəndi - Onu əvəzləyəcək məşqçi də bilindi

Joze Mourinyunun rəhbərliyi altında komandanın nəticələrindən narazı olan "Roma"nın sahibləri portuqaliyalı mütəxəssisi işdən çıxarmağı planlaşdırırlar. 

Fanat.Az xəbər verir ki, "Sportmediaset" onu əvəz edəcək məşqçinin adını da açıqlayıb. 

İddiaya görə, baş məşqçi postunda Jozeni klubun əfsanəsi Daniele De Rossi əvəz edəcək. 

"Roma" rəhbərliyi Mourinyunun hakimlər haqqında davamlı şikayətlərindən də bezib. Bundan başqa, portuqaliyalı mütəxəssis ultraslarının da dəstəyini itirib.

Qeyd edək ki, "Roma" bazar günü "Meazza" stadionunda "Milan"a 1:3 hesabı ilə məğlub olub və hazırda A Seriyasının turnir cədvəlində 9-cu yerdədir.

De Rossinin son işi keçən mövsüm B Seriyasında SPAL-da olub və o, cəmi 17 oyundan sonra qovulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər