Mourinyudan "1:6" açıqlaması: "Mənim günahımdır"

Mourinyudan "1:6" açıqlaması: "Mənim günahımdır"

"Roma"nın baş məşqçisi Joze Mourinyu (Jose Mourinho) Konfrans Liqasının qrup oyununda Norveç təmsilçisi "Budyo Qlimt"ə 1:6 hesablı məğlubiyyəti şərh edib.

Fanat.Az "Sky İtalia" saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb: 

"Bu mənim günahımdır. Gənc heyətlə oynamaq, bəzi futbolçulara oyun şansı vermək istəyirdim. "Roma"da bir qrup oyunçu ilə digər qrup arasında əhəmiyyətli dərəcədə fərq var.

"Budye-Qlimt" bizim heyətdən daha keyfiyyətli komandadır. Ən azından bu gün (dünən -red.) belə idi. Rəqibin oyunçuları ilk dəqiqələrdən meydana buraxdığım futbolçulardan daha keyfiyyətli idi".

Qeyd edək ki, "Roma" portuqaliyalı məşqçinin rəhbərliyi altında ilk dəfə bir oyunda 6 qol buraxıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər