Mourinyu topdaşıyandan belə istifadə etdi - FOTOLAR

Mourinyu topdaşıyandan belə istifadə etdi - FOTOLAR

"Roma"nın baş məşqçisi İtaliya A Seriyasının 16-ci turu çərçivəsində "Fiorentina"ya qarşı keçirdikləri matçın (1:1) sonlarında maraqlı varianta əl atıb.

Fanat.Az xəbər verir ki, o, topdaşıyan uşaqdan istifadə edərək qapıçı Rui Patrisiuya kağız parçası göndərib.  

Belə ki, 87-ci dəqiqədə belçikalı hücumçu Romelu Lukaku qırmızı vərəqə alaraq "canavarlar"ı azlıqda qoyub. Portuqaliyalı mütəxəssis isə fikirlərini qolkiperə çatdırmağın ən qısa və effektli yolunu dərhal tapıb.

Mourinyu topdaşıyandan belə istifadə etdi - FOTOLARMourinyu topdaşıyandan belə istifadə etdi - FOTOLAR

Qeyd edək ki, bu heç-heçə sayəsində xal hesabını 25-ə çatdıran "Roma" A Seriyasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər