Mourinyu hakimlə dayanacaqda haqq-hesab çəkdi

Mourinyu hakimlə dayanacaqda haqq-hesab çəkdi

“Roma” Avropa Liqasının finalında “Sevilya”ya uduzub (1:1, penaltilər – 1:4).

Fanat.Az xəbər verir ki, “canavarlar”ın baş məşqçisi Joze Mourinyu hakimlərin işindən narazı qalıb. Onun narazılığının əsas səbəbi sarı vərəqələrin sayı ilə bağlı olub (13 vərəqə).

Portuqaliyalı mütəxəssis narazılığını bildirmək üçün baş hakim Entoni Teyloru stadionun avtomobil dayanacağında gözləyib. O, ədalət təmsilçisinə “Gördüyünüz işə görə sizə ayıb olsun” deyib.

“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyu isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər