Mourinyu ərəblərdən təklif aldığını açıqladı: "Ronaldu göstərdi ki..." 

Mourinyu ərəblərdən təklif aldığını açıqladı: "Ronaldu göstərdi ki..." 

Joze Mourinyu “Roma”da çalışarkən Səudiyyə Ərəbistanından təklif aldığını etiraf edib. 

Fanat.Az xəbər verir ki, 61 yaşlı mütəxəssis tanınmış insayder Fabritsio Romanoya bu barədə danışıb:   “Ciddi təklifim var idi, amma rədd etdim. Çünki “Roma” ilə müqaviləm var idi və onlara arxamı çevirmək istəmədim. Səudiyyə Ərəbistanında məşqçi olmaq? Heç vaxt heç vaxt demə!

Kristianu Ronaldu bir çox qapıları açıb. O göstərdi ki, sən orada ola bilərsən, yaşaya bilərsən, ölkənin inkişafından həzz ala bilərsən”.

Qeyd edək ki, Mourinyu 2021-ci ilin iyulundan 2024-cü ilin yanvarına kimi “Roma”ya rəhbərlik edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər