Mourinyu azarkeşə bu hərəkətinə görə avtoqraf vermədi - VİDEO

Mourinyu azarkeşə bu hərəkətinə görə avtoqraf vermədi - VİDEO

Konfrans Liqasının 1/4 final mərhələsinin cavab matçından - “Budyo-Qlimt”lə oyundan əvvəl “Roma”nın baş məşqçisi Joze Mourinyu norveçli gənc azarkeşlərlə vaxt keçirib, onlarla şəkil çəkdirib, avtoqraf paylayıb.

Fanat.Az xəbər verir ki, yetirmələrinin məğlub olmasına baxmayaraq, portuqaliyalı çalışdırıcının qarşılaşmanın ardından da bunu etmək niyyətində olub. Amma azarkeşlərdən birinin hörmətsiz hərəkəti Mouru fikrindən daşındırıb.

Komanda avtobusuna gedərkən Mourinyu əvvəlcə rəqib tərəfdarlara yaxınlaşmaq qərarına gəlib. Lakin fanatlardan biri portuqaliyalı çalışdırıcıya qartopu atıb. Bu, mütəxəssisin xoşuna gəlməyib və o, fanatlara avtoqraf verməkdən imtina edib: 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər