Mourinyonun çalışdırmaq istədiyi klub açıqlandı

Mourinyonun çalışdırmaq istədiyi klub açıqlandı
"Mançester Yunyted"dən ayrıldıqdan sonra işsiz olan Joze Mourinyonun işləmək istədiyi klub açıqlanıb.
Fanat.Az Fransanın "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis PSJ-yə rəhbərlik etmək istəyir. 
Xəbərdə həmçinin bildirilir ki, hazırda "Roma" da Mourinyonun xidmətində maraqlıdı. Amma mütəxəssis komanda Çempionlar Liqasına vəsiqə qazanacağı halda bu təklifə müsbət cavab verəcək.
Qeyd edək ki, Mourinyo karyerası ərzində Portuqaliyanın "Benfika", "Uniao de Leyria", "Portu", İngiltərənin "Çelsi", "Mançester Yunayted", İtaliyanın "İnter" və İspaniyanın "Real" klublarını çalışdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər