Mourinyodan 10 saniyəlik mətbuat konfransı

Mourinyodan 10 saniyəlik mətbuat konfransı

Premyer Liqanın son turunda "Kristal Palas"ı 2:0 hesabı ilə yenən Joze Mourinyo şou göstərib. Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin matçdan sonra mətbuat konfransı 10 saniyə davam edib.

Mətbuat konfrası üçün otağa daxil olan Mourinyo salonun yarısının boş olduğunu görüb. Köməkçisi isə "Sualı olan varmı" soruşub. Heç kim sual vermədiyindən baş məşqçi otağı tərk edib.

Mourinyonun otağa gəlişi 4 saniyə, sual üçün gözləməsi 6 saniyə davam edib. Beləliklə, mətbuat konfransı 10 saniyədə bitib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər