Joze Mourinyo daha bir ilginc qərarla diqqətləri üzərinə çəkib. Fanat.Az xəbər verir ki, portəgiz çalışdırıcı “Liverpul”la “Old Trafford”da baş tutan son oyunun (1:1) ardından stadiondakı bütün topdaşıyanları qovub.
Don Joze onların çox ləng davrandığını və bu ləngliyin matçın tempinə təsir etdiyini əsas gətirib. “Mançester Yunayted” qol vurmağa tələsdiyi dəqiqələrdə onu özündən çıxaranların heç biri daha “Old Trafford”da gözə dəyməyəcək. Onların işi MY-nin akademiyasının yetirmələrinə həvalə olunacaq. Mütəxəssis əmindi ki, futbol anlayışı daha yüksək olan topdaşıyanlar komandasına fayda verəcək.
Fanat.Az