Mourinyu: "Saka üçün üzgünəm"

Mourinyu: "Saka üçün üzgünəm"
Bir müddət öncə "Roma"ya baş məşqçisi təyin olunan Joze Mourinyu İngiltərə millisinin AVRO-2020-nin finalında İtaliya seçməsinə penaltilər seriyasında məğlub olmasını şərh edib.
Fanat.Az xəbər verir ki, "TEAMtalk"a danışan portuqaliyalı mütəxəssis İngiltərənin çalışdırıcısı Qaret Sautqeytin ünvanına tənqidi fikirlər səsləndirib: 
"Həlledici penalti zərbəsinin Sakaya niyə həvalə olunduğunu anlamıram. Belə ağır yükü 19 yaşlı gənc futbolçunun ciyinlərinə yükləməyin doğru olmadığını düşünürəm. Onun yerinə həqiqətən üzgünəm. Belə bir anda Sterlinq, Stounz, Lyuk Şou harda idi?
Qaret Sautqeyt çox dürüst oğlandır. Həmişə oyunçularını qoruyur. Düşünmürəm ki, kiminsə penaltini vurmağa hazır olmadığını söyləsin.
İnanıram ki, ingilislərin Qətərdə keçiriləcək mundiala nikbin baxması üçün əsasları var. Böyük bir ümidlə gələcəyə doğru irəliləyin! Futbolçuların çoxu qazandığı təcrübə ilə daha da yaxşı nəaliyyətlər əldə edə bilər. Məncə, insanlar İngiltərəyə fərqli gözlərlə baxmağa başlamalıdırlar. Növbəti dünya çempionatında İngiltərə güclü bir rəqib olacaq”.
Qeyd edək ki, Londonun "Uembli" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan italyanlar (3:2) tarixində 2-ci dəfə Avropa çempionu adını qazanıb. 
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər