"Mançester Yunayted"in baş məşqçisi təyin edilən Joze Mourinyonun hədəfindəki iki ulduz futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, portuqaliüalı mütəxəssis Dortmund "Borussiya"sından Henrix Mxitaryanla "Arsenal"dan Aaron Ramseyi istəyir.
"Mançester Yunayted" erməni futbolçu ilə bağlı alman klubuna təklif göndərsə də, mənfi cavab alıb. Bu səbəbdən transferdəki bir nömrəli hədəf Aaron Ramseydi. Premyer Liqa klubunun onun üçün qarşı tərəfə 65 milyon avro təklif edəcəyi deyilir.
Qeyd edək ki, Aaron Ramsey 2008-ci ildən "Arsenal"da çıxış edir. "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub. Uelsli futbolçu 2015/16 mövsümündə 44 rəsmi oyuna çıxıb və 6 qol vurub.
Onu da qeyd edək ki, Aaron Ramsey "məşhurların qatili" adlandırılır. Belə ki, uelsli futbolçu hər dəfə qol vurduqda təsadüfən dünyada hansısa məhşur şəxs vəfat edir.
Fanat.az