Qol.Az-ın yaydığı xəbərə görə, klubun belə qərar verməsinə portuqaliyalı mütəxəssisin futbolçularla gərgin münasibətdə olması səbəb olub.Klub prezidenti Florentino Peresin Mourinyonu istefaya göndərmələri ilə əlaqədar bugünlərdə keçiridiyi mətbuat konfransından əvvəl başda İker Kasilyas olmaqla komandanın bir çox futbolçusu rəhbərliyə şikayət edib.Qeyd edək ki, Mourinyodan narazılıq Kasilyasın ehtiyata göndərilməsindən sonra daha da böyümüşdü.Futbolçular çox sərt formada portuqaliyalının istefaya göndərilməsini tələb ediblər. İker Kasilyas isə açıq şəkildə bəyan edib ki, komandada ya o qalmalıdır, ya da Mourinyo.Qeyd edək ki, İker Kasilyasla yanaşı Mourinyodan əsas narazılar arasında Serxio Ramos, Kərim Benzema, Pepe, Məsut Özil, Qonsalo İquain, Xose Kalyexon, hətta baş məşqçinin sevimli oyunçusu Anxel di Mariya da olub. Məşqçiyə dəstək verənlər arasında isə Maykl Esyen, Xabi Alonso, Fabio Koentrao və Dieqo Lopesin olduğu bildirilir. Mourinyo ilə münasibətləri bərpa edən Kriştiano Ronaldo isə açıq şəkildə həmyerlisinə qarşı qiyam qaldıranlar arasında olmasa da, onun tərəfini də tutmayıb.İdman24.az
Mourinyo niyə getdi? - SƏBƏB
Madrid “Real”nın baş məşqçisi Joze Mourinyo ilə əməkdaşlığa son qoymasının əsl səbəbləri müəyyənləşib.
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA