Mourinyu məşq zamanı niyə velosiped sürüb? - ÖZÜ DEDİ

Mourinyu məşq zamanı niyə velosiped sürüb? - ÖZÜ DEDİ
"Tottenhem”in çalışdırıcısı Joze Mourinyu koronavirus pandemiyası üzündən tətbiq edilən məhdudiyyətlərin məşq proseslərinə təsirindən danışıb.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı belə deyib:
"Elə vaxt olub ki, məşqləri səhər doqquzda başlayıb axşam beşdə bitirmişik. Futbolçuların yalnız fərdi qaydada çalışmasına icazə verildiyindən məşqə hərə bir vaxtda gəlirdi. Kimisi saat onda, kimisi on birdə, digəri on ikidə... Bu qayda ilə axşam saatlarına qədər hamı məşq edirdi. Düzü, məşqçilər də çox yorulurdular. Yəqin ki, velosiped sürərkən çəkilən fotomu görmüsüz. Hə, məşq etdiyimiz meydançalar bir-birindən çox uzaqdı. Prosesə nəzarət edə bilmək üçün velosipedsiz mümkün deyildi”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər