Mostovoy: "Ayazın gedişi "Spartak" üçün itki sayılmayacaq"

Mostovoy: "Ayazın gedişi "Spartak" üçün itki sayılmayacaq"
"Ayazın gedişi "Spartak” üçün itki sayılmayacaq. Açığı, bu futbolçunun "Spartak”da oynadığını artıq unutmuşam... Heyətdəki yerini itirib, heç əvəzləmədən də meydana çıxmır”.
 
Fanat.Az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoy deyib.
"Spartak”ın eks-forvardı Rusiya mətbuata açıqlamasında 23 yaşlı azərbaycanlı yarımmüdafiəçinin əvəzedici komandaya göndərilməsindən danışıb: 
"Əlbəttə, Ayaz üçün asan vəziyyət deyil. Sanki odun üstünə yağ töküldü. Ancaq belə hallara sakit yanaşmaq lazımdı. İndi o, daha çox çalışmalıdı. Təbii, hazırda istənilən səviyyədə deyil, ancaq sonradan vəziyyət yaxşıya doğru dəyişə bilər”.
Qeyd edək ki, A.Quliyev oynadığı komandanın məşqçilərinə qarşı hörmətsizlik etdiyi, yüksək tonla danışdığı üçün "Spartak 2"yə göndərilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər