“Motivasiyam daha da artdı”

“Motivasiyam daha da artdı”

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi klubla yeni müqavilə imzalaması barədə təəssüratlarını bölüşüb.

Fanat.Az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib: 

“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə, baş məşqçimizə, məşqçi heyətimizə təşəkkürümü bildirirəm. Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram. Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu, bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım. Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər