Moskva "Spartak"ı yenilənmiş loqosunun dizaynında dəyişikliklər edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi azarkeşlərin çoxsaylı şərhlərini nəzərə aldıqdan sonra bu addımı atıb.
Bundan başqa, "Spartak" klubun yüz illiyi şərəfinə xüsusi emblem də təqdim edib. Burada isə retro topdan istifadə olunub.