Moratanın yeni klubu bilindi - Özü açıqladı

Moratanın yeni klubu bilindi - Özü açıqladı

"Atletiko Madrid"in hücumçusu Alvaro Morata karyerasını İtaliya A Seriyasında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 31 yaşlı forvard "Milan"da çıxış edəcək. 

Bu barədə o, AS nəşrinə açıqlama verib: 

“Üç həftə əvvəl demişdim ki, “Atletiko”nun oyunçusu kimi kubok qazanmaq mənim arzumdur. Mən saxta biri olmaq istəmirəm. Mənim üçün "Atletiko" forması ilə kubok qazanmaq elə Avropa Çempionatını qazanmaq deməkdir. Bu, mənim üçün dəyərlidir, çünki qələbə zamanı mən məhz bu kluba məxsus idim, “Atletiko”nun gerbi hələ də "şitki"mdə idi. "Milan"a keçmək haqqında danışsaq, mən hələ tibbi müayinədən keçməliyəm. Amma bəli, ora köçürəm”.

Alvaronun Madrid klubu ilə 2026-cı ilin ortalarına qədər müddətə müqaviləsi var. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir. 

AÇ-2024-ün qalibi olan İspaniya millisinin kapitanı La Liqanın son mövsümündə 23 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər