Moldova millisinin üzvü bədbəxt hadisə nəticəsində həyatını itirdi

Moldova millisinin üzvü bədbəxt hadisə nəticəsində həyatını itirdi

Moldovanın futbol üzrə qadınlardan ibarət milli komandasının müdafiəçisi Violeta Mitsul bədbəxt hadisə nəticəsində həyatını itirib.

Fanat.Az xəbər verir ki,  İslandiyanın "Eynheryi" klubunun formasını geyinən 26 yaşlı Violeta dəniz sahilində rəfiqələri ilə vaxt keçirərkən qayadan yıxılaraq ölüb.

 Sentyabrın 4-də baş verən hadisə ilə bağlı məlumatı İslandiya təmsilçisinin saytı yayıb. Klub Mitsulun ailəsinə və dostlarına başsağlığı verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər