Modriç səhvə yol verdiyini açıqladı: "Mənə sədəqə lazım deyil"

Modriç səhvə yol verdiyini açıqladı: "Mənə sədəqə lazım deyil"

"Real Madrid"in ulduzu Luka Modriç Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Liverpul"la bu gün keçiriləcək oyun ərəfəsində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Fanat.Az AS-a istinadən xəbər verir ki, 37 yaşlı xorvatiyalı yarımmüdafiəçi mətbuat konfransında son vaxtlar zəif oynaması və "Real"dan alacağı mümkün yeni müqavilə təklifi barədə belə deyib: "Dünya çempionatından sonra dərhal komandamın düşərgəsinə qoşuldum. Xüsusi proqram və lazımi bərpa keçmək əvəzinə, Qətərdən qayıdan kimi "Real"da oynamağa başlamaqla səhv etdim. Bununla belə, indi özümü daha yaxşı hiss edirəm. Demək olar ki, əvvəlki formama qayıdıram.

Müqavilənin uzadılmasına gəlincə, mən əfsanə və ya Luka Modriç olduğum üçün hədiyyə ummuram, buna layiq olmaq istəyirəm. İndiyə qədər heç kim mənə heç nə verməyib, hamısını özüm qazanmışam. Keçmiş xidmətlərimə görə "Real"da qalmaq istəmirəm, mənə sədəqə lazım deyil. Kluba lazım olan keyfiyyətə sahibəmsə, burda qalıb oynayaram. Nə olursa olsun, "Real" mənim həyatımın klubudur”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər