"Mlada Boleslav" bərabərə qaldı, Kamran yada düşmədi

"Mlada Boleslav" bərabərə qaldı, Kamran yada düşmədi
Çexiya çempionatında 10-cu turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, Kamran Ağayevin komandası "Mlada Boleslav" da növbəti oyununa çıxıb.
 
"Teplitse"ylə "doğma divarlar" arasında baş tutan görüş 2:2 hesablı heç-heçəylə yekunlaşıb. Kamranın adı oyunun iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, hesabında 8 xal olan "Mlada Boleslav" turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər