Kseniya Malafeyeva - məşhur rus qapıçı Vyaçeslav Malafeyevin 18 yaşı tamam olmayan qızı narkotik alverində günahlandırılır.
Fanat.Az xəbər verir ki, Sankt-Peterburqun Kuybışev rayon məhkəməsi Malafeyevanın məhkəmə ekspertizası aparılana qədər təcridxanada qalmasını istəyib.
Günahı sübut olunacağı halda, Rusiya millisinin keçmiş qapıçısının qızını 15 ilədək həbs cəzası gözləyir.
Fanat.Az