Millinin oynadığı stadion partladıldı - VİDEO

Millinin oynadığı stadion partladıldı - VİDEO

Malayziyada 80 min yerlik "Şah Aləm" stadionu sökülür. 

Fanat.Az xəbər verir ki, internetdə ölkənin ən böyük idman qurğusunun dağıdılmasının görüntüləri yayılıb. Eyniadlı şəhərdə yerləşən stadionda yerli "Selanqor" komandası və Malayziya millisi məşq edib. Lakin 1994-cü ildə inşa olunan tikili bir müddət əvvəl təhlükəli elan edilib. Dağıntılar 2025-ci ilin ortalarına qədər təmizlənəcək. 

"Şah Aləm"in yerində 45 min azarkeş tutumuna malik stadion tikiləcək. "Selanqor" komandası yenidən orada ev oyunlarını keçirəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər