Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı yığma komandası ilə 4 yoldaşlıq oyunu keçirəcək.
Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında keçiriləcək oyunlar 25, 26, 28, və 29 iyulda təşkil olunacaq. Oyunlar 18:00-da başlayacaq.
Hazırlıq prosesinə cəlb olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq: Qapıçılar: Elçin Qasımov Vaqif Şirinbəyov Rafiq Kərimov Oyunçular: Comərd Baxşəliyev Elşad Manafov Orxan Məmmədov Fuad Hüseynov Bayram Paşazadə İsa Zeynallı Sabir Allahquliyev Ramil Əliyev Tural Qurbatov Kamran Qürbətov Amid Nəzərov