Millimizin yeni üzvü alman klubunda qol vurdu

Millimizin yeni üzvü alman klubunda qol vurdu

FIFA-nın Azərbaycan yığmasında oynamasına icazə verdiyi Renat Dadaşov Frankfurt "Ayntraxt"ının U-19 komandasında debüt edib.

Fanat.Az xəbər verir ki, 17 yaşlı hücumçu Gənclər Liqasının cənub zonasının "İnqolştadt"la keçrilən matçda meydana çıxıb. Start heyətində yer alan futbolçumuz 87 dəqiqə meydanda olub. 3:0 hesabı ilə başa çatan qarşılaşmanın 73-cü dəqiqəsində Renat komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, Renat bu qış "Leypziq"in U-19 komandasından "Ayntraxt"a keçib. Frankfurt klubu 16 turdan sonra 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər