Millimizin üzvü qol vurdu, "Bursaspor" uduzdu

Millimizin üzvü qol vurdu, "Bursaspor" uduzdu
Türkiyə Kubokunda növbəti turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" "Akhisar Bələdiyyəspor"u qəbul edib.
Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan və 90 dəqiqə oynayan millimizin üzvü "Bursaspor"un yeganə qoluna imza atıb. O, 21-ci dəqiqədə fərqlənərək hesabı 1:1 edib. Lakin sonradan komandası 3 qol buraxaraq yenilib.
Qeyd edək ki, "Bursaspor" 5 turda 5 xal qazanıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər