Millimizin üzvü qol vurdu, alman klubu qələbə qazandı

Millimizin üzvü qol vurdu, alman klubu qələbə qazandı
Almaniya Qərb Regional Liqasında XX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası "Videnbruk"ı qəbul edib.
Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat görüşün 84-cü dəqiqəsində əvəzlənib. Oyunda hesabı da məhz Erat açıb. Toğrul 21-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 28 xalla 19 klub arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər